Azərbaycan sərmayəli Yaxt Klub 2024-cü ildə dünyanın ƏN YAXŞISI SEÇİLDİ

Azərbaycan sərmayəli Yaxt Klub 2024-cü ildə dünyanın ƏN YAXŞISI SEÇİLDİ

Nüfuzlu “Portonovi Resort”un Portonovi Marinası Yaxta Limanı Assosiasiyası (TYHA) tərəfindən 2024-cü ilin” Ən Yaxşı Beynəlxalq Marina”sı mükafatını qazanıb. 

 

Sfera.az xəbər verir ki, bu mükafat infrastruktur və müştərilərə təqdim etdikləri xidmətlər baxımından ən yüksək peşəkar, əməliyyat və ekoloji standartlara cavab verən marinalara verilir.

 

TYHA marina sənayesini inkişaf etdirmək, beynəlxalq üzvləri, xüsusilə Britaniya Hərbi Dəniz Qüvvələrini dəstəkləmək, keyfiyyətli marinalar tapmaqda ekspert məsləhəti və yardım təklif etməklə yanaşı, marinalara xidmətlərini və əməliyyatlarını ən yüksək standartlara uyğun təkmilləşdirməyə kömək etmək üçün yaradılıb.

 

Marinalar keçən həftə Sauthemptonda səkkiz kateqoriya üzrə mükafatlandırılıb və Portonovi Marina “Ən Yaxşı Beynəlxalq Marina” kateqoriyasında birinci yerə layiq görülüb. Didimdəki D-Marin ikinci və Dubay Limanı isə üçüncü yerdə qərarlaşıb.

 

"Keçən il ikinci yer tutduqdan sonra biz eyni öhdəliyimizi davam etdirdik və bu davamlı səy indi öz bəhrəsini verdi. Bu mükafat müstəsna xidmət keyfiyyətinə, yüksək səviyyəli obyektlərə və xidmətlərə sahib olan marinalar üçün bir tanınmadır. Mükafat həm də ekoloji davamlılığa həsr edilib. Bu, komanda olaraq daim səy göstərdiyimiz mükəmməlliyin daha bir təsdiqidir və davam etmək üçün əlavə motivasiyadır", - Portonovi Marinanın meneceri Novitsa Radoyiçiç bildirib.

 

O, bu mükafatdan böyük qürur duyduqlarını və bunun Portonovi Marinanın uzun illərinin məhsulu olduğunu diqqətə çatdırıb.Onun sözlərinə görə, Yaxta Limanı Assosiasiyasının mükafatı Portonovi Marinanın yüksək səviyyəli təklif və xidmətlərini təqdim etmək üçün əla fürsət olmaqla yanaşı, həm də Monteneqronu regionun əsas dəniz mərkəzi kimi tanınması üçün çox əhəmiyyətlidir.

 

Qeyd edək ki, Portonovi Marina 120 metr uzunluğunda yaxtalar və super yaxtalar üçün 238 yanalma yatağına malikdir, həmçinin, regional və beynəlxalq reqatalar üçün məkandır. Portonovi Marina 2022-ci ildə dünyanın ən yaxşı marinaları arasında "5 Qızıl Lövbər" akkreditasiyasını qazanıb.

 

Dünyanın ən prestijli yaxtalarından bəzilərini Portonovi Marinada tez-tez görmək olar. Bunlar arasında 88 metrlik super yaxta “Olivia O”, şüşə hovuzlu “PI” super yaxtası və Riçard Barton ilə Elizabet Teylor arasındakı sevgi simvolu kimi tanınan məşhur “Kalizma” yaxtası da var.

 

Fidan


OXŞAR XƏBƏRLƏR

Natiq Cəfərlinin atası Gürcüstanda vəfat etdi

ReAL sədri, iqtisadçı Natiq Cəfərlinin atası Mehman Cəfərov Gürcüstanda müalicə aldığı xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, bu bar...

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...