İtkin düşən şəxs 10 il sonra işlədiyi supermarketin soyuducusunun arxasından tapıldı - FOTO
2009-cu ildə yoxa çıxan Larri Eli Murillonun taleyi illər boyu naməlum olaraq qalıb. Bəs niyə 10 il ərzində heç kim onun izini tapa bilməyib? Bu sualın cavabı sizi təəccübləndirəcək.
Sfera.az qəribə hadisənin təfərrüatlarını təqdim edir. Larri Ely Murillo-Moncadanın 28 noyabr 2009-cu ildə ailəsi tərəfindən itkin düşdüyü bildirilib. Onun əsəbiləşib, həmin gün evi tərk etdiyi güman edilsə də, Murillo-Monkada bir daha geri qayıtmayıb.
Aradan illər keçməsinə baxmayaraq, polis Murillodan heç bir iz tapa bilməyib. 10 il itkin düşən şəxs ailəsi və səlahiyyətlilər üçün tamamilə müəmma idi.
2019-cu ildə, düz 10 il sonra ortaya çıxan şok xəbər bu sirri həlli etdi. Larri Eli Murillo-Monkadanın cəsədi itən zaman işlədiyi supermarketin soyuducusunun arxasında tapılıb.
Üstəlik, Murillo yoxa çıxandan sonra supermarket daha 3 il fəaliyyətini davam etdirib. Müstəntiqlərin fikrincə, Murillo nədənsə soyuducunun üstünə çıxıb və daha sonra yıxılıb.
Kömək üçün qışqırdığı ehtimal edilsə də, soyuducuların çıxardığı yüksək səsdən onu heç kim eşidə bilməyib.
Murillo yoxa çıxandan sonra supermarket 3 il fəaliyyətini davam etdirib. Bu müddət ərzində müştərilər və işçilər market daxilində pis qoxunun olduğunu bildirsələr də, heç kim bu qoxunun mənbəyini tapa bilməyib.
2016-cı ildə market bağlanıb. Bağlanandıqdan 7 il sonra bina boşaldılan zaman bədbəxt adamın cəsədi nəhayət ki, tapılıb.
Aynil
Sfera.az