Polşada ruslara Şengen vizalarının kütləvi şəkildə verilməsi ilə bağlı qalmaqal


Polşada ruslara Şengen vizalarının kütləvi şəkildə verilməsi ilə bağlı qalmaqal

Tadeusz Morawiecki başda olmaqla Polşa hökuməti Polşa Biznes Limanı və digər proqramlar çərçivəsində qanunsuz olaraq ruslara çoxlu sayda Şengen vizası verib.
 

Sfera.az xəbər verir ki, ruslar Polşa Biznes Limanı proqramı çərçivəsində qeyri-qanuni olaraq viza alıblar. Vizalar müharibə ilə əlaqədar 2022-ci il martın 1-dən qüvvədə olan məhdudiyyətlərə baxmayaraq verilib. Viza mərkəzinin ərizəçilərin sənədlərinin çox səthi yoxlanışını həyata keçirdiyi bildirilir.


Polşa Ali Auditorlar Məhkəməsinin hesabatına görə, 2023-cü ilin sonuna qədər təkcə “Business Habor” proqramı çərçivəsində Rusiya vətəndaşlarına 1838 Polşa Şengen vizası verilib ki, bu da mümkün pozuntular və ölkənin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.
 

Bundan əlavə, ruslara vizaların verilməsi Viza Mərkəzi vasitəsilə həyata keçirilib ki, bunun da məqsədi sənədlərin alınması prosesini sürətləndirmək və asanlaşdırmaq olub.
 

Üstəlik, hesabatda qeyd edilir ki, Ailə və Sosial Siyasət Nazirliyi bu millətdən olan vətəndaşların işlə təmin olunması məqsədilə Şengen zonasına girişə icazə verən vizaların verilməsini qadağan etdikdən sonra da ruslara sənədlər verilib.
 

Qadağaya baxmayaraq, məlumatlar 2023-cü ilin oktyabr ayının sonuna qədər ruslara daha 55 iş vizası verildiyini göstərir.
 

Polşanın baş naziri Donald Tusk xəbərə cavab olaraq bildirib ki, onun şübhələri təsdiqlənib. O, “X” sosial şəbəkəsindəki səhifəsində Qanun və Ədalət hökumətinin rüşvət müqabilində çoxlu sayda əcnəbini ölkəyə buraxdığını bildirib.


“Polşa əsgərləri və sərhədçiləri bizi qeyri-qanuni miqrasiya dalğasından qorumaq üçün öz sağlamlıqlarını və həyatlarını riskə atsalar da, hökumətin rüşvət müqabilində Asiya və Afrikadan 366 min insanı ölkəyə buraxması ilə bağlı əsaslı şübhələr var”- deyə Tusk yazıb.
 

Polşanın kəşfiyyat qurumu da öz növbəsində qalmaqalın ölkənin viza siyasətinə mənfi təsir göstərəcəyini bildirib. Qurum müəyyən edib ki, pozuntular digər məsələlərlə yanaşı, ərizəçilər tərəfindən təqdim olunan sənədlərin, xüsusən də natamam ərizələr də daxil olmaqla, tələbə vizaları ilə bağlı həddən artıq səthi yoxlanışı əhatə edib.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Birbank və Umico.az-dan “Super-meqa-bomba” lotereya

Ölkənin ilk rəqəmsal bankı Birbank və Umico.az 4 noyabr 2024-cü il tarixində yeni “Super-meqa-bomba” adlı lotereyaya start verdi. Bu lotereya, istif...

Azərbaycanda AĞIR QƏZA: ÖLƏNLƏR VAR - ADLAR/FOTO

Ötən axşam Xaçmaz rayonunda ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəs...

"Azərbaycan tarixi nailiyyətlərini sülh müqaviləsi ilə möhkəmləndirəcək" - Ərdoğan

Azərbaycanın Vətən müharibəsində şəhidlər verərək əldə etdiyi tarixi nailiyyətlərin sülh müqaviləsi imzalanaraq masa arxasında möhkəmlənməsinə ümid edirik. &...

"Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər" - Prezident

Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham ...

"Qarabağ" və "Neftçi"nin növbəti matçlarına təyinatlar açıqlandı

Misli Premyer Liqasının XIII turunda keçiriləcək oyunların təyinatları bəlli olub.   Sfera.az xəbər verir ki,  “Neftçi” – &ldq...

"Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində bir sıra layihələr icra olunur" - İlham Əliyev

Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.   Sfera.az xəbər verir ki, bu ...