Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini tanıyacaq? - AÇIQLAMA

Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini tanıyacaq? - AÇIQLAMA

Ötən gün Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa və iqtisadi əlaqələr qurmağa çağırıb. Bu barədə Türkiyə Prezidenti Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) adada sülhün və əməkdaşlığın tərəfdarıdır. 

 

Maraqlıdır, Azərbaycan da Şimali Kipr Türk Cümhuriyyətini tanıya bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ümumiyyətlə, türk dövlətləri Ərdoğanın çağırışına qoşulmalıdırlar.

 

Onun sözlərinə görə, Azərbaycanın  Şimali Kipr Türk Cümhuriyyəti tanıması istiqamətdə isə heç bir siyasi və hüquqi problem yoxdur:

 

“Bu gün Yunanıstan Ermənistanla hərbi əməkdaşlıq edir, bu ölkənin silahlanmasına dəstək göstərir. Ona görə də Yunanıstanın bununla bağlı mövqeyi bizim üçün əhəmiyyət kəsb etməməlidir.  Digər tərəfdən, Azərbaycan artıq Qarabağ münaqişəsini həll edib. Ermənistan Azərbaycanın Qarabağ daxil olmaqla, ərazi bütövlüyünü tanıyıb. İki ölkə arasında sülh müqaviləsi bağlandıqdan sonra rəsmi Bakı Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin rəsmən tanınması istiqamətində addımlar atmalıdır”.

 

Politoloq qeyd edib ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstan da eyni analoji addımı ata bilər:

 

“Təbii ki, Türkmənistanın da bu prosesə qoşulması mümkündür. Türkiyənin güclənməsi və Türk Dövlətləri Təşkilatının nüfuzunun artırılması üçün Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması zəruridir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...