Tramp-Zelenski görüşü baş tutmayacaq - “Associated Press”

Siyasət
14:52 / 25.09.2024
6982
ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək niyyətində deyil.
Sfera.az bildirir ki, bu barədə “Associated Press” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna rəsmiləri Zelenski ilə Trampın belə bir görüşü planlaşdırdığı barədə məlumat yayıb.
“Ukrayna rəsmilərinin ötən həftə verdiyi açıqlamaya baxmayaraq, onlar arasında görüş nəzərdə tutulmayıb”, - nəşr əlavə edib.
Bundan əvvəl Zelenskinin ABŞ-yə səfəri zamanı Trampla görüşəcəyi bildirilirdi.
Günay