Sürücülərə siqaretlə bağlı QADAĞA - Rusiya yeni cərimənin tətbiqinə hazırlaşır

Sürücülərə siqaretlə bağlı QADAĞA - Rusiya yeni cərimənin tətbiqinə hazırlaşır

Rusiyada sürücülər üçün yeni cərimələr tətbiq oluna bilər.

 

Sfera.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin hazırladığı yeni qaydalara əsasən, avtomobil idarə edən şəxslər nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmayan və nəqliyyat vasitəsini idarə edərkən əllərin istifadəsini və ya diqqəti yayındırmağı tələb edən hər hansı cihazdan istifadə etməməlidir. Sənədə əsasən, qadağa xəritələr və naviqatorlara şamil olunmayacaq.

 

Qeyd edək ki, hazırda Rusiyada avtomobili idarə edən zaman yalnız telefondan istifadə qadağan edilir. Rusiya Nəliyyat Nazirliyi təklif edir ki, belə bir qadağa əllə istifadə edilən bütün cihazlara şamil olunsun. Konkret olaraq qadağanın elektron siqaret və vaplardan (elektron siqaretin bir növüdür - red.) istifadəyə aid olması gözlənilir.

 

Nazirlik bu kimi davranışlara görə, təxminən 100 manat cərimənin tətbiq edilməsini təklif edir. Layihə hazırda ictimai müzakirə mərhələsindədir, oktyabrın 10-dək yekunlaşdırılması planlaşdırılır.

 

Rusiyada avtomobil idarə edərkən adi siqaretin çəkilməsinin də qadağan edilməsi müzakirə olunur. Lakin bununla bağlı ortaq fikir formalaşmayıb.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...