"Qalstanyanın keçirdiyi toplantı onu göstərir ki, Ermənistan müxalifəti..." - ŞƏRH

"Qalstanyanın keçirdiyi toplantı onu göstərir ki, Ermənistan müxalifəti..." - ŞƏRH

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan bu günlərdə öz tərəfdarlarını toplayaraq tədbir keçirib. Tədbirdə hərəkatın əsas iki məqsədi kimi “Dağlıq Qarabağın” beynəlxalq gündəliyə qaytarılması və Azərbaycanda həbsdə olan keçmiş qondarma rejim nümayəndələrinin azad olunması əsas prioritet elan edilib. İlk etiraz aksiyası isə oktyabrın 2-nə təyin edilib. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, müxalifətin əsas məqsədi “Dağlıq Qarabağ” və ora qayıdış narrativinin qorunub saxlanılması və inkişaf etdirilməsidir.

 

Şərhçinin sözlərinə görə, bu açıq-aydın o deməkdir ki, Ermənistan müxalifəti sülhün yox, yeni gərginliyin tərəfdarıdır: ““Dağlıq Qarabağ” məsələsinin yenidən gündəmə gəlməsi Azərbaycanın bağladığı səhifənin açılması deməkdir. Rəsmi Bakı buna səbirli, təmkinli yanaşmaz. Görünən odur ki, son ayda Ermənistan siyasi diskursunda “Dağlıq Qarabağ” narrativi daha çox müzakirə edilməyə başlayıb. Bu isə həm iqtidar, həm müxalifət düşərgəsində revanşistlərin canlanması barədə xəbər verir”.

 

K.Novruzov qeyd edib ki, bu tendensiya davam edərsə, gələcəkdə sülh gündəliyinin dondurulması istisna deyil:

 

“Diplomatlar susanda isə hərbçilər danışacaq. Əgər Ermənistan hakimiyyəti xarici havadarlarının və müxalifətin təzyiqi ilə revanşist mövqeyini davam etdirərsə, gələcəkdə yeni gərginlik yarana bilər. Bu isə Azərbaycanın Zəngəzur dəhlizini hərbi yolla açması ehtimalını istisna etmir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...