16 yaşlı oğlan nəhəng qolları və ayaqlarına görə iki dəfə rekord qırdı - FOTOLAR


16 yaşlı oğlan nəhəng qolları və ayaqlarına görə iki dəfə rekord qırdı - FOTOLAR

ABŞ-ın Miçiqan ştatının təxminən 2000 sakini olan Qudriç şəhərində 16 yaşlı Erik Kilburn Jr. Ginnesin Rekordlar Kitabına iki titul qazandırıb. Qeyd edək ki, dünyada heç bir yeniyetmənin qolları və ayaqları ondan uzun deyil. Erikin qolları müvafiq olaraq 23,2 və 34,5 santimetrdir.
 

Sfera.az bildirir ki, uşaqlıqdan bəri paltar və ayaqqabı almaq oğlanın anası üçün problem olub. O, hətta kömək üçün yad adamlara müraciət edib.
 

Erik həmişə yaşıdlarından fərqlənib. 14 yaşında onun boyu 2,08 metr həddini keçib. Bu da o deməkdir ki, Erik Amerika NBA basketbol liqasının nəhəngləri ilə eyni boya sahib olub.


Oğlanın fiziki xüsusiyyətlərindən narazı olan yeniyetmə həmyaşıdları üçün dəyərli məsləhətləri var: "İnsanların sizi əzməyinə imkan verməyin. Bunu edənlər adətən çox bədbəxt insanlar olurlar”.
 

Digər tərəfdən, ana üçün oğlunun qeyri-adi böyüməsi əsl problemə çevrilib. Geyim və ayaqqabı almaq uşaqlıqdan onların ailə büdcəsi üçün problem yaradıb: təkcə sifarişlə hazırlanmış ortopedik ayaqqabıların bir cütü onlara 1500 dollardan baha başa gəlib.
 

Erikin səhhətində heç bir problem olmasa da, dar ayaqqabılarla gəzmək ayaq dırnaqlarını çıxarmaq üçün altı ayaq əməliyyatı keçirçməli olub.
 

Rebeka Kilburn açıq şəkildə insanlardan kömək istədikdə, “Puma” və “Under Armor@ kimi məşhur idman avadanlıqları təchizatçıları müraciətə cavab verib, xüsusi ayaqqabılarını göndərməyi təklif ediblər.
 

Gələcəkdə yeniyetmə uzunboylu insanlara paltar və ayaqqabı tapmaqda kömək etmək üçün anası tərəfindən yaradılmış “Big Shoe Network” qeyri-kommersiya təşkilatına qoşulmaq istəyir.


“Başqalarına mənə kömək etdikləri kimi mən də kömək etmək istəyirəm” - deyə rekordçu bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın qətlə yetirilib: Əri şübhəli bilinir

Bakı şəhərində qətl hadisəsi baş verib   Sfera.az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir....

Tokayev Türkiyədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə səfərdədir.   Sfera.az xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Lim...

Rusiyada abortlar tam qadağan oluna bilər

Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Libera...

35 ildir nadir təyyarələri toplayıb təkrar emal edir: Aralarında Səddam Hüseynə məxsus

Uzun illər əvvəl Britaniyalı sahibkar Mark Qreqori tərəfindən yaradılmış Air Salvage International (ASI) şirkəti qeyri-adi bizneslə məşğuldur. O və adamları müx...

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məluma...

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü - VİDEO

Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə...