9 sinif bitirən “həkim” 20 il lisenziyasız mürəkkəb əməliyyatlara girib
Tailandda 36 yaşlı Kittikorn Songsri 20 il tibbi icazə olmadan əməliyyat etdiyi üçün həbs edilib.
Sfera.az bildirir ki, Kittikorn Songsri saxlanılarkən yalnız 9-cu sinifə qədər təhsili olduğunu etiraf edib.
O, incə prosedurları yerinə yetirməyi yeniyetmə ikən öyrənib və o vaxtdan tibbi təhsil və ya lisenziya olmadan fəaliyyət göstərib. Kişi narazı müştərinin şikayətindən sonra həbs edilib.
Həmin şəxs ötən həftə həbs edilib. O, son iyirmi ildə müxtəlif prosedurlar həyata keçirib. Songsri etiraf edib ki, sosial media vasitəsilə xidmətlərini reklam edib. Tibbi təhsil və ya lisenziyası olmamasına baxmayaraq, hər ay ən azı iki-üç xəstəni əməliyyat edib. O, polisə 14 yaşında implant düzəltməyi öyrəndiyini və o vaxtdan bəri bunu etdiyini bildirib. Hadisə isə silikon yeridilərkən ciddi infeksiyaya yoluxan xəstə tərəfindən şikayətdən sonra üzə çıxıb.
Lisenziyasız həkimin yanına özünü potensial müştəri kimi təqdim edən gizli agent göndərilib. Agent proseduru yerinə yetirmək üçün dəvət edildikdə, polis qrupu basqın edərək saxta həkimi həbs edib. O, yalnız 3-ü (9-cu sinif) bitirdiyini etiraf edib və əlavə edib ki, incə prosedurları yerinə yetirməyi hələ yeniyetmə ikən öyrənib.
Dindirmə zamanı Kittikorn Songsri müstəntiqlərə bildirib ki, o, son 20 il ərzində xidmət göstərir və hazırda o, hər prosedur üçün 5000 baht (258 Azn) ilə 20.000 baht (təqribi 1000 Azn) arasında pul alır. Ona icazəsiz tibb klinikasının fəaliyyət göstərməsi və lisenziyasız tibbi xidmət göstərmək ittihamı irəli sürülüb.
Kittikorn Songsrini eyni zamanda silikon implantını zədələdiyi, ciddi infeksiyaya və müalicədən sonra da davam edən erektil disfunksiyaya səbəb olan müştərinin məhkəmə işi də gözləyir.
Aysel
Sfera.az