Ərdoğan Yunanıstanın baş naziri Miçotakis ilə görüşdü

Ərdoğan Yunanıstanın baş naziri Miçotakis ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Miçotakis ilə görüşüb.

 

Sfera.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Qeyd olunub ki, görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.

 

Görüş zamanı Türkiyə ilə Yunanıstan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

 

Ərdoğan Türkiyə və Yunanıstanın mehriban qonşuluq əsasında gələcəyə doğru möhkəm addımlar ata biləcəyini, iki ölkə arasında dialoqun gücləndirilməsinin, Afina Bəyannaməsinin hərf və ruhuna uyğun davranmanın hər iki ölkəyə fayda verəcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR