BMT-nin baş katibi Təhlükəsizlik Şurasını dəyişikliklərə çağırdı


BMT-nin baş katibi Təhlükəsizlik Şurasını dəyişikliklərə çağırdı

BMT-nin baş katibi Antonio Quterreş dünya təşkilatının Təhlükəsizlik Şurasının buraxılmasına çağırıb.


Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb.


Portuqaliyalı diplomat BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin ümumi müzakirələrində çıxış edib. Görüş zamanı o, dünya təşkilatının Təhlükəsizlik Şurasının İkinci Dünya Müharibəsində qalib gələn ölkələr tərəfindən yaradıldığına diqqət çəkib.


“Afrikanın çox hissəsi hələ də müstəmləkəçilik altında idi. Bu günə qədər Afrikanın ən böyük hməramlı şurada daimi yeri yoxdur. Bu dəyişməlidir”, - Quterreş bildirib.


Eyni zamanda, baş katib 20-ci əsrin ortalarında yaradılmış qlobal maliyyə sisteminə də yenidən baxılmasının zəruriliyinə diqqət çəkib. Bununla belə, diplomat BMT Təhlükəsizlik Şurasının və qlobal maliyyə arxitekturasının necə dəyişdirilməsi ilə bağlı konkret təkliflər irəli sürməyib.


BMT Təhlükəsizlik Şurası sülhün qorunmasına cavabdeh olan dünya təşkilatının daimi strukturudur. Hazırda ona veto hüququ olan beş daimi üzv (Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa) və 10 müvəqqəti üzv daxildir. Sonuncular iki il müddətinə seçilir.


İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR