Tramp Zelenskini TƏNQİD ETDİ: “Hər dəfə ABŞ-yə gələndə...”

Tramp Zelenskini TƏNQİD ETDİ: “Hər dəfə ABŞ-yə gələndə...”

Keçmiş prezident Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-də keçiriləcək prezident seçkilərində Demokrat Partiyasını dəstəklədiyini iddia edib.

 

Sfera.az xəbər verir ki, ABŞ mediasında yer alan xəbərlərə görə, Tramp Pensilvaniya ştatında keçirilən mitinqdəki çıxışında Zelenskini nəzərdə tuturaq “onların (Demokratların) bu seçkidə qalib gəlməsini çox istəyir” şəklində iddia irəli sürüb.

 

Tramp kinayəli şəkildə ABŞ-dən milyardlarla dollar yardım alan Zelenskini tarixin ən böyük “marketoloqu” adlandırıb: “Hər dəfə ABŞ-yə gələndə 60 milyard dollar alır”.

 

Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dayandırıla biləcəyini irəli sürən Tramp vəzifədə olacağı təqdirdə Moskva ilə Kiyev arasında sülh razılaşmasının müzakirə oluna biləcəyini iddia edib. Tramp deyib ki, seçiləcəyi təqdirdə həm Zelenskiyə, həm də Rusiya prezidenti Vladimir Putinə zəng vuracaq və onları sülh razılaşması əldə etməyə təşviq edəcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...