Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 23-də ölkəmizə səfər edib. Qeyd olunub ki, səfər çərçivəsində ölkələr arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb. 

 

İki ölkə arasındakı mümkün hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Azərbaycanda ənənəvi xarakter alan "ADEX" Beynəlxalq Müdafiə Sərgisində bir sıra mühüm hərbi vəzifəli şəxslərin iştirakı ölkəmizə olan marağın göstəricisidir:

 

“Ölkəmizdə silah istehsalı və bu sahədə əldə olunan uğurlar, torpaqlarımızın azad olunması, ərazi bütövlüyü və suverenliyin təmin edilməsi böyük maraq cəlb edir. Bu xüsusda Qazaxıstanın da müdafiə naziri Azərbaycana səfər edib, digər mühüm hərbi vəzifəlilər də bu ərəfədə ölkəmizin qonağıdır. Səfərlər həm də təcrübə, məlumat mübadiləsinə kömək olur. Ümumiyyətlə, biz bütün türk dövlətlərinin müdafiəsi və təhlükəsizliyinin daha da artırılmasında maraqlıyıq. O cümlədən bu, qarşılıqlı yardımları da əhatə edir”.

 

Politoloq qeyd etdi ki, Qazaxıstan özü də müxtəlif təhdidlər, təhlükələr qarşısındadır:

 

“Bir müddət öncə ölkənin təhlükəsizliyi böyük sınaqlardan keçdi. Bu baxımdan qardaş Qazaxıstanla daimi təmasda olmaq, bu istiqamətdə mühüm addımlar atmaq regional təhlükəsizlik baxımından da önəmlidir. Qazaxıstan həm də “Orta dəhliz "Bir kəmər, bir yol" layihəsinin iştirakçısıdır və bu coğrafiyada hər hansısa təhlükəsizlik problemlərin olmaması istəniləndir. Çünki malların maneəsiz daşınması hazırda qlobal əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, bu istiqamət üzrə ildən-ilə artım dinamikası müşahidə olunur. Ona görə də hərbi rəsmilərin görüşü faydalı olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...