ABŞ-nin daha bir ştatı məktəblərdə smartfonları QADAĞAN ETDİ

ABŞ məktəblərində şagirdlərin smartfonlardan istifadəsinə məhdudiyyət qoyulması təcrübəsi genişlənir.
Sfera.az xəbər verir ki, ABŞ-nin böyük ştatlarından olan Kaliforniyada da şagirdlərin məktəblərdə smartfonlardan istifadəsinə qadağa qoyulub.
Qubernator tərəfindən imzalanan yeni qaydaya əsasən, ştatdakı məktəblər şagirdlərin smartfon istifadəsini məhdudlaşdıran qaydaları tətbiq etməli olacaqlar. Qayda həm də sinifdə diqqəti yayındıran amilləri və sosial medianın uşaqların psixi sağlamlığına təsirini minimuma endirməyi hədəfləyir.
Qubernator bildirib ki, yeni qayda şagirdlər məktəbdə olarkən telefonlara deyil, dərslərinə, sosial inkişaflarına və dünyaya diqqət etmələrinə kömək edəcək.
Xatırladaq ki, Kaliforniyadan öncə Florida, Luiziana və İndiana ştatları da şagirdlərin məktəbdə telefon istifadəsini məhdudlaşdıran qaydalar qəbul edib.
Vasif