"Ermənistanla sərhəddə ordumuzun mövqeləri gücləndirilməlidir, çünki..." - ŞƏRH

"Ermənistanla sərhəddə ordumuzun mövqeləri gücləndirilməlidir, çünki..." - ŞƏRH

“Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi”. Bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib. Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur.

 

Maraqlıdır, sərhədin möhkəmləndirilməsini zəruri edən səbəblər nələrdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, bunu texniki olaraq qiymətləndirmək olar. 

 

O qeyd edib ki, Qarabağın azad edilməsindən sonra Ermənistanla uzunluğu 500 kilometr olan şərti sərhəddə ordumuzun mövqeləri gücləndirilməli, yeni mühəndislik işləri aparılmalıdır:

 

“Dağlıq relyef görülməli olan işləri ikiqat çətinləşdirir. Digər tərəfdən, sərhədlərin möhkəmləndirilməsini zəruri edən səbəblərdən biri də Ermənistanın mümkün təxribat hücumlarıdır. Hazırda İrəvana Avropadan tutmuş Hindistana qədər müxtəlif ölkələrdən silah partiyaları daşınır. Bununla yanaşı, Ermənistan ordusunun gücləndirilməsi istiqamətdə ABŞ də daxil olmaqla, bir sıra ölkələr yaxından iştirak edir. Cəsarətlənən İrəvanın sərhəddə üstünlük qazanmaq, eləcə də maraqlarına uyğun olmadığını hesab etdiyi danışıqlar gündəliyini dəyişdirmək və Qərbin kollektiv dəstəyini əldə etmək üçün eskalasiyanın yaradılması məqsədilə təxribatlar törədə biləcəyi mümkün perspektivdir”.

 

Ekspert bildirib ki, digər səbəblərdən biri Qərbi Zəngəzurun ABŞ, Avropa, Rusiya, Türkiyə, İran, hətta Çinin maraqlarının toqquşduğu geosiyasi hesablaşma poliqonuna çevrilməsidir:

 

“Bəllidir ki, bu hesablaşma məhz Azərbaycan-Ermənistan sərhədində mümkün eskalasiyanı şərtləndirə bilər. Bütün bunların fonunda Azərbaycan-Ermənistan şərti sərhədinin dəyişməsi – sərhəd xəttinin Qərbi Zəngəzurun dərinliklərinə doğru çəkilməsi perspektivi də həmişə aktualdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...