Kassano Ronaldunu sərt tənqid etdi: "O, futbol oynamağı bacarmır"
İdman
07:26 / 24.09.2024
4245
İtaliya millisinin və "Real Madrid"in sabiq hücumçusu Antonio Kassano Portuqaliya millisinin ulduz hücumçusu, vaxtilə kral klubunda çıxış edən, indi isə "Ən-Nəsr" formasını geyən Kriştianu Ronaldunu sərt şəkildə tənqid edib.
Sfera.az xəbər verir ki, italiyalının fikrincə, Ronaldu komanda ilə anlaşa bilmədiyi üçün futbol oynamağı bacarmır.
"O, futbol oynamağı bacarmır. Ronaldu 3 000 qol vura bilər. İquain, Aguero, Benzema, Levandovski, İbrahimoviç və Suárez komanda ilə yaxşı ünsiyyət qura bilirdilər. Tək məqsədi həmişə qol vurmaq olan Ronaldudan fərqli olaraq, onlar daha çox şey etməyi bacarırdılar" , - Kassano deyib.
Qeyd edək ki, bu yaxınlarda Ronaldu karyerasında 900 qol həddini keçib.