Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı


Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb.


Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəyini vəd edib. Belə ki, məktəblilər sentyabrın 21-i axşam saatlarında aviabazaya daxil olublar. Uşaqlar Mi-8 helikopterinə “Molotov kokteyli” ataraq hadisə yerindən qaçıblar.

Lakin, yeniyetmələr tezliklə saxlanılıb. Məlum olub ki, yanğına görə 16 yaşlı Roman və Anton məsuliyyət daşıyır. Yeniyetmələr bildiriblər ki, onlara Telegram tətbiqi vasitəsilə vertolyotu yandırmaq tapşırılıb. İşlərinə görə onlara külli miqdarda pul vəd edilib.
 

Həmçinin, məlumata görə, molotov kokteyli atılan helikopter istismardan çıxarılıb. Jurnalistlər yeniyetmələrə “Ukraynalı kuratorlar” tərəfindən görülən işlərə görə 20 min dollar vəd edildiyini bildiriblər. Eyni zamanda, "Ukraynalı kuratorlar" yanğından sonra itib və pul ödəməyiblər.


Mi-8 helikopteri: məlum olanlar
 

Adətən ikili məqsəd daşıyan çoxməqsədli helikopter 1995-ci ildən istifadə olunmağa başlayıb. Bu helikopter dünyada ən populyardır.
 

Qeyd edək ki, bu, ilk belə hal deyil. Belə ki, sentyabrın 11-də məktəblilər Noyabrskda Mi-8 helikopterini yandırıblar. Bunun üçün yeniyetmələrə 5 milyon rubl vəd edildiyi bildirilir. Uşaqlar təxribat zamanı yanıq xəsarətləri ilə həkimə getdikləri üçün saxlanılıblar.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın qətlə yetirilib: Əri şübhəli bilinir

Bakı şəhərində qətl hadisəsi baş verib   Sfera.az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir....

Tokayev Türkiyədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə səfərdədir.   Sfera.az xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Lim...

Rusiyada abortlar tam qadağan oluna bilər

Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Libera...

35 ildir nadir təyyarələri toplayıb təkrar emal edir: Aralarında Səddam Hüseynə məxsus

Uzun illər əvvəl Britaniyalı sahibkar Mark Qreqori tərəfindən yaradılmış Air Salvage International (ASI) şirkəti qeyri-adi bizneslə məşğuldur. O və adamları müx...

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məluma...

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü - VİDEO

Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə...