Qvardiola: "O, müasir futbolun ən yaxşı yarımmüdafiəçisidir"


Qvardiola: "O, müasir futbolun ən yaxşı yarımmüdafiəçisidir"

“Mançester Siti”nin baş məşqçisi Cosef Qvardiola hesab edir ki, Rodri müasir futbolun ən yaxşı yarımmüdafiəçisidir. O, həmçinin Rodrinin gələcəkdə nüfuzlu “Qızıl top” mükafatını ala biləcəyinə inanır.
 

Sfera.az xəbər verir ki, bu barədə “Goal” jurnalı məlumat yayıb.
 

Xatırladaq ki, Rodri “Atletiko”nun yetirməsidir. O, 19 yaşından "Mançester Siti"də çıxış edir. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 130 milyon avrodur.

 

Ötən mövsüm Rodri Premyer Liqanın, Klublararası Dünya Çempionatının, Avropa Superkubokunun qalibi olub, yayda isə İspaniya millisinin heyətində “Avro-2024”də qızıl medal qazanıb.



İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR