Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir


Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb.


Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçirən gənc qadın körpəsini rəfiqəsinin qonaq otağının divanında dünyaya gətirib. Daha sonra rəfiqəsi, ona dəymiş “zərər”ə görə ödəniş və üzr istəməsini tələb edib.
 

Gənc ana körpəni divanında saxlayıb. Ev sahibi onun yaratdığı qarışıqlıqdan heç də məmnun olmayıb.


"Yaxın rəfiqəm var və qrupumuz yeddi qadından (mən də daxil olmaqla) ibarətdir. Hamımız təxminən eyni yaşdayıq (26-32 yaş). Bəzilərimiz uşaqlıqdan dostuq. Təxminən hər ay qız gecələri təşkil edirik. Bu dəfə də Ellanın evində bir film gecəsi keçirməyə qərar verdim, çünki o vaxt mən 36 həftəlik hamilə idim. Yəni hələ doğuş gözlənilmirdi”.
 

Tibb bacısı olan rəfiqəsi Qreysdən başqa digər qadınların otaqdan çıxması istənildikdən sonra o, təcili yardım işçilərinin köməyi ilə körpəni qonaq otağının divanında təhlükəsiz şəkildə dünyaya gətirə bilib.
 

Onun sözlərinə görə, Ella o vaxtdan bəri onunla soyuq davranır. Bundan əlavə, rəfiqəsi birbaşa ondan yeni divan üçün pul tələb edib.
 

"Təkcə o, içəri girib təbrik etmədi. Üzr istəyib təşəkkür edəndə o, divanın hesabını mənə göndərdi. Ödəməkdən qətiyyən şikayətçi deyiləm, narazılıq etmirəm, amma yenə də bir növ kobudluq idi"- deyə gənc qadın əlavə edib.
 

Bir çox forum istifadəçisi uşağın anasının tərəfini tutsa da, rəfiqəsini dəstəkləyənlər də olub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...