Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir


Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin poçt qutularına gələn nifrət məktubları və əraziyə “zəhərli kənd" kimi şöhrət qazandırması ilə əlaqədardır.
 

Sfera.az bildirir ki, Britaniyada naməlum şəxs qorxulu məktublarla kənddə terror edir. Kənd sakinləri uzun müddətdir, “poçt terroruna” məruz qaldıqlarından şikayətlənirlər. Naməlum müəllifin göndərdiyi məktublar sadəcə təhqir deyil. Məzmunlar şəxsi xarakter daşıyır və açıq-aşkar konkret insanlara ağrı vermək məqsədi daşıyır.
 

Naməlum şəxs məktublarında şəxsi və xoşagəlməz şeyləri çatdırmaqla yerli sakinlərin həyatını acınacaqlı edir. Anonim şəxs yerli sakinlərdən birinin xərçəngə tutulmasını arzulayıb, digər sakinin isə xəyanətini aşkarladığını bildirir. Hər şey 2022-ci ilin sonunda başlayıb və hələ də davam edir.
Kənd sakinlərindən biri bu hadisə ilə ilk dəfə 2022-ci ilin dekabrında, rayon sovetinin deputatı olmaq ərəfəsində qarşılaşıb. Məktubu açarkən məzmunu onu şoka salıb.


"Mən sadəcə gözlərimə inanmadım, bunu kimin və hansı məqsədlə göndərdiyini başa düşə bilmədim".
 

Məktub məhv edilsə də, onun ittiham tonu qadını təqib etməkdə davam edir. Mesaj müəllifi onu nalayiq davranışda günahlandıraraq bildirib ki, siyasətdə uğur ancaq kişilərlə şübhəli münasibətlərlə təmin oluna bilər.
 

Şoka düşən qadın dərhal polislə əlaqə saxlayıb və təhlükəsizlik məsləhətləri alıb. Bununla belə, dəhşət bununla bitməyib: tezliklə onun sevgilisi də təhdid məktubları almağa başlayıb. Onu özünə hörmət etməyə və sevgilisinin əxlaqsız həyat tərzi sürməsinə icazə verməməyə çağırıblar. Bu məktublar sadəcə: “Qayğıkeş dostdan” imzası ilə göndərilib.


"Mən qorxurdum ki, kimsə mənim sevgilimə zərər verə bilər, çünki bunun arxasında kimin dayandığını və bu məktublardan neçə nəfərin xəbərdar olduğunu bilmirdik" - deyə qadın bildirib.
 

Məktublar digər sakinlərdən də yan ötüşməyib. Sakinlərdən biri içərisində dəhşətli arzu olan məktub alıb:
 

"Ümid edirəm ki, xərçəngə yoluxacaqsan".


Bu nifrət dalğası Şiptontorpun mülki əhalisi arasında çaşqınlıq və qorxu yaymağa davam etsə də, bu məktubların yazanın kimliyi naməlum olaraq qalır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...