Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO


Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sevgisi"dir.
 

Sfera.az bildirir ki, 2022-ci ilin əvvəlində Byorn Ulvaeus ikinci evliliyinin bitdiyini elan edib. O, dərhal yeni bir qızla ictimaiyyət qarşısına çıxmışdı.


Byorn və Kristinanın 2021-ci ildə Nürnberqdə “ABBA”nın son albomu "Voyage"ın buraxılması münasibətilə tanış olduqları və 2022-ci ilin yazında görüşməyə başladığı bildirilir. Toy Kopenhagendə yaxın dostların və ailənin iştirakı ilə baş tutub.


Müğənni nikah mərasimi ilə bağlı məlumatları da İnstaqramda paylaşıb. Byorn Ulvaeus boz kostyum və ağ köynək geyinib. Kristina Saş klassik gəlinlik deyil, adaçayı rəngli paltar seçib.
 

İlk dəfə 2022-ci ildə ictimaiyyət qarşısında görünən cütlük bu yaxınlarda digər tədbirlərlə yanaşı, Wimbledon tennis turnirində də iştirak edib.
 

Qeyd etdiyimiz kimi, bu, Byorn Ulvaeusun üçüncü evliliyidir. 1970-ci illərdə qrup yoldaşı Agnetha Fältskog ilə evlənən musiqiçinin bu evlilikdən iki övladı var. Onların evliliyi doqquz il (1980-ci ilə qədər) davam edib. Ayrıldıqdan sonra 1980-ci illərin əvvəllərində Byorn yenidən evlənib.


Musiqi jurnalisti Lena Kellersjo ilə evliliyi təxminən 40 il davam edib. 2022-ci ilin əvvəlində cütlük boşanmaq istədiklərini açıqlayıb.
 

“Bir çox gözəl və doyumlu illərdən sonra biz yollarımızı ayırmağa qərar verdik”-deyə o vaxtkı bəyanatda bildirilib. Bir ay sonra Byorn Ulvaeus ilk dəfə Kristina Saş ilə ictimaiyyət qarşısına çıxıb.
 

Xatırladaq ki, 2024-cü ilin martında İsveç kralı XVI Karl Qustav son 50 ildə ilk dəfə görkəmli isveçlilərə kral cəngavər ordenləri verib. Onların arasında “ABBA” qrupunun musiqiçiləri də var idi. Mükafatla bağlı qərarı isə Karl özü verməyib. Ordenə namizədlər İsveç sakinləri tərəfindən irəli sürülüb, daha sonra Orden Şurası namizədləri krala təklif edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın qətlə yetirilib: Əri şübhəli bilinir

Bakı şəhərində qətl hadisəsi baş verib   Sfera.az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir....

Tokayev Türkiyədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə səfərdədir.   Sfera.az xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Lim...

Rusiyada abortlar tam qadağan oluna bilər

Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Libera...

35 ildir nadir təyyarələri toplayıb təkrar emal edir: Aralarında Səddam Hüseynə məxsus

Uzun illər əvvəl Britaniyalı sahibkar Mark Qreqori tərəfindən yaradılmış Air Salvage International (ASI) şirkəti qeyri-adi bizneslə məşğuldur. O və adamları müx...

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məluma...

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü - VİDEO

Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə...