Azərbaycanda əhali mənzil təmirinə nə qədər pul xərcləyir? - STATİSTİKA
İqtisadiyyat
16:42 / 23.09.2024
6013
Azərbaycan əhalisi ötən il mənzillərin təmirinə 53,3 milyon manat pul xərcləyib.
Sfera.az xəbər verir ki, bir il əvvəlki tarixlə müqayisədə əhalinin təmir xərcləri 13,7 milyon manat və ya 34,5 faiz artıb. İnflyasiyanı nəzərə almasaq, bir ildə mənzil təmirinə xərclənən vəsaitlərdə 22,6 faiz real artım baş verib.
2022-ci ildə əhali mənzillərin təmirinə 39,6 milyon manat xərcləmişdi. Azərbaycanda 2015-ci ildə baş verən devalvasiyalardan sonra mənzil təmirinə xərclənən vəsaitlərdə ciddi azalma var. 2015-ci illə müqayisədə 2023-cü ildə mənzil təmirinə xərclənən vəsait real qiymətlərlə 15,4 faiz azalıb.
Statistik müayinələrə əsasən, bir ailənin mənzil təmirinə xərclədiyi illik vəsait təxminən 21 manat olub.
Vasif