Fələstindən çıxın!

Fələstindən çıxın!

BMT Təhlükəsizlik Şurası İsraildən işğal olunan Fələstin torpaqlarında yəhudi qəsəbələrinin inşasını dərhal dayandırmağı tələb edən qətnamə qəbul edib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sənədi Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 14-ü dəstəkləyib. 

Bu arada ABŞ-ın nümayəndə heyəti İsrailin qətnamə mətnini əngəlləməyə dair çağırışlarına məhəl qoymayaraq səsvermədə bitərəf qalıb.

Qəbul olunan qətnamədə qeyd olunur ki, Şərqi Yerusəlim daxil olmaqla, işğal olunmuş ərazilərdə məskənsalma fəallığı beynəlxalq hüququn kobud şəkildə pozulması anlamına gəlir və iki müstəqil dövlətin yaradılması yolu ilə münaqişənin nizamlanması üçün ciddi əngəl törədir.

İsrailin baş naziri Biyamin Netanyahunun rəsmi nümayəndəsi Ofir Qendelman isə ölkəsinin bu qətnaməni yerinə yetirmək niyyətində olmadığını bəyan edib. 

"İsrail BMT-nin bu rüsvayçı anti-İsrail qətnaməsini rədd edir və onun tələblərinə məhəl qoymayacaq", - deyə bəyanatda bildirilib.

İsrail, həmçinin bu məsələ ilə Seneqal və Yeni Zelandiyadakı səfirlərini dərhal geri çağırıb. 


OXŞAR XƏBƏRLƏR

Kişilər arasında şahmat üzrə qitə çempionatının mükafat fondu AÇIQLANDI

Avropa Şahmat İttifaqı kişilər arasında qitə çempionatının mükafat fondunu açıqlayıb. Ümumi məbləğ 100 min avro təşkil edəcək ki, bunun da 20 mini qalibin payın...

Özcan Denizin ürəyinə 3 stend qoyulacaq

Bir neçə gün əvvəl infarkt keçirən müğənni Özcan Deniz əməliyyat olunacaq.   Sfera.az xəbər verir ki, sənətçinin ürəyinə 3 stend qoyulacaq. Bu b...

Azərbaycanda bu universitet ləğv olundu

Bakı Asiya Universiteti ləğv olunduğunu elan edir.   Sfera.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ 1148 Bakı şəhəri, Yasamal ray...

Ölkə üzrə fevral ayı üçün pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb...

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti “Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın ver...

Şirkətdən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Çinin ən böyük şirkətlərindən biri subay və ya boşanmış işçilərindən 2025-ci ilin sentyabr ayının sonuna qədər evlənmələrini tələb edib, əks halda işdən çıxarıl...