Bu şirkət “İntel”i almaq istəyir: çip bazarında rəqabət güclənir

Bu şirkət “İntel”i almaq istəyir: çip bazarında rəqabət güclənir

ABŞ-nin yarımkeçiricilər (çip) istehsalçısı olan “Qualcomm” şirkəti rəqibi “İntel” şirkətini almaq istəyir.

 

Sfera.az xəbər verir ki, belə bir iddianı “The Wall Street Journal” qəzeti yazıb. Nəşrin əldə etdiyi məlumata əsasən, “Qualcomm”un rəhbərliyi “İntel”in sahiblərinə şirkəti tam və ya qismən satmağı təklif edib.

 

“Qualcomm”un belə bir təklif verməsinin səbəbi isə “İntel”lə rəqabətin gərgin və problemli mərhələyə keçməsidir. Hər iki şirkətin bu rəqabətdən əziyyət çəkdiyi iddia olunur. “The Wall Street Journal” yazır ki, hər iki şirkət bu xəbəri nə təkzib, nə də inkar edib. Əgər sövdələşmə olarsa, bu, ABŞ-də antiinhisar qanunları ilə ziddiyyət təşkil edə bilər. Çünki hər iki şirkətin bazarda böyük payı var və mümkün birləşmə “Qualcomm”u inhisarçı mövqeyə yüksəldəcək.

 

Xatırladaq ki, 2018-ci ildə Sinqapurun “Broadcom” şirkəti 142 milyard dollar qarşılığında “Qualcomm”u almaq istəmişdi. Əgər “Qualcomm”un təklifi rəsmi təsdiqini taparsa, bu, 2018-ci ildən sonrakı ən yüksək alış təklifi olacaq. Məlumat üçün bildirək ki, “İntel” və “Qualcomm”un hər ikisi ABŞ-nin şirkətidir və onların baş ofisi Kaliforniya ştatında yerləşir.

 

“Qualcomm” “İntel”lə müqayisədə cavan şirkətdir və onun bazar dəyəri “İntel”dən xeyli azdır. “İntel” 190-200 milyard dollar aktivə sahib olduğu halda “Qualcomm”un aktivlərinin dəyəri 50-60 milyard dollardır.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR