Ərdoğan-Paşinyan görüşündə hansı məsələlər müzakirə olunacaq? - AÇIQLAMA

Ərdoğan-Paşinyan görüşündə hansı məsələlər müzakirə olunacaq? - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırır. Məlumata görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutacaq. 

 

Maraqlıdır, Ərdoğan və Paşinyan arasında hansı mövzular müzakirə oluna bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Ərdoğanla Paşinyan arasında görüş baş tutacaqsa, birinci növbədə Türkiyə-Ermənistan münasibətləri müzakirə oluna bilər:

 

“Sərhədlərin açılması, tərəflər arasında diplomatik münasibətlərin qurulması və.s. istiqamətində ölkə başçıları arasında müzakirələr aparıla bilər.  Amma bununla paralel olaraq, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması da görüşün əsas müzakirə predmentindən ibarət olacaq. Eyni zamanda Ermənistanın Türkiyəyə qarşı ərazi və əsassız soyqırımı iddialarından əl çəkməsi məsələsinin gündəmdə olma ehtimalı mümkündür”.

 

Samir Hümbətov bildirdi ki, Azərbaycanla sülh müqaviləsinin işlənib hazırlanması və onun təsdiq edilməsi məsələsində də Ankara rəsmi Bakı ilə eyni mövqedə olduğunu nümayiş etdirəcək:

 

“Ərdoğanın bu görüşdə qeyd etdiyim məsələni Paşinyanın diqqətinə çatdıracağı gözləniləndir. Ümumilikdə bölgə məsələləri, regiondan baş verənlər və Ermənistan ətrafında gedən son proseslər, xüsusilə də Qərb-Rusiya qarşıdurmasında İrəvanın silahlandırılması və.s kimi mövzular da görüşün əsas müzakirə predmenti ola bilər. Aydın məsələdir ki, Ermənistanın Qərbə çıxış imkanları formalaşır. Fikrimcə, burada Paşinyanın da əsas diqqət edəcəyi məsələ Türkiyə ilə sərhədlərin açılmasıdır”.

 

Günay Rəsulqızı
 

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...