Bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - Mütəxəssis xəbərdarlıq etdi

Bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - Mütəxəssis xəbərdarlıq etdi

Son illər allergiyadan əziyyət çəkən insanların sayı artır. Yalnız böyüklər deyil, uşaqlar arasında da bu hallara çox rast gəlinir.  Allergiya qidalar vasitəsilə də yarana bilir.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, allergiya nəfəs almaqda çətinlik, həzm sisteminin işində pozulma, dəridə qızarma və orqanlarda şişmə kimi bir sıra simptomlarla özünü göstərir.  

 

“Qida allergiyası hər hansısa qidanın yeyilməsi nəticəsində meydana gəlir. Bu allergiya növündə ağız ətrafında qızarıqlıq, üzdə və bədəndə şişkinlik yaranır. Allergiyaya, əsasən, qlüten tərkibli qidalar səbəb olur. Buğda, çovdar, arpa və onların hibrid növləri qlüten həssaslığı olan insanlarda allergik reaksiyalar yaradır. Yumurta, balıq, süd məhsulları, bərk qabıqlı meyvələr (badam, qoz, fıstıq) və tərkibində yüksək miqdarda C vitamini olan meyvələr də allergiyaya səbəb olan qidalar siyahısındadır”. 

 

Məhsəti Hüseynova qeyd edib ki, dadlandırmaq məqsədilə qidalara qatılan maddələrin də allergiya yaratma ehtimalı var. 

 

"Xüsusilə monosodium qlutamat, sulfat və benzoik turşusu allergik reakiyalara səbəb olur. Hazır məhsulların çoxunda 10 mindən çox qatqı maddəsi var. Məhz bu baxımdan təmiz, təbii və təzə emala məruz qalmayan qidaların qəbuluna üstünlük verilməlidir. Hazır məhsullar alarkən qablaşdırmanın üzərində yazılanlara xüsusilə diqqət etmək lazımdır”.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...