"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 

O qeyd edib ki, bu, həm beynəlxalq hüquq, həm də tarixi varislik baxımından azərbaycanlıların haqqıdır:

 

“Ermənistan bu prosesin ləngiməsi və mümkün olarsa, heç baş tutmaması üçün bütün imkanlardan istifadə etməyə çalışır. Qərbin, o cümlədən Fransanın ritorikası isə Ermənistana əlavə ürək-dirək verir və destruktiv mövqeyini gücləndirir.  Ermənistanın azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına mane olmaq üçün ortaya atdığı əsas məsələ ermənilərin Qarabağa qayıdışı ilə bağlıdır. Rəsmi İrəvan bəzi beynəlxalq institutların da təsiri ilə azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını ermənilərin Qarabağa qayıdışı ilə eyniləşdirmək istəyir. Halbuki, bunlar tamam fərqli məsələlərdir: Göyçə, İrəvan, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan köçürülüblər. Deməli, bunlar qətiyyən eyniləşdirilməməli məsələlərdir”.

 

Kənan Novruzov bildirdi ki, perspektivdə azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi də heç də utopik deyil:

 

“Əksinə, buna şübhə olmamalıdır. Perspektivdə Zəngəzur dəhlizinin diplomatik yolla açılması mümkündür. Şübhəsiz ki, bu qərbi azərbaycanlıların öz yurd- yuvalarına qayıdışına töhfə verəcək və prosesi sürətləndirəcək. Bütün hallarda qərbi azərbaycanlıların öz vətənlərinə qayıdışı tarixi ədalət baxımından zərurətdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...