Gəncədə avtomobil ağaca çırpıldı - Ölən var

Gəncədə avtomobil ağaca çırpıldı - Ölən var

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsi ərazisində qeydə alınıb.

 

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 2004-cü il təvəllüdlü Məmmədov Fərid Tofiq oğlu aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR