Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barərə APA-ya mərhumun qızı Elza Məmmədova məlumat verib.

 

Bildirilib ki, K.Gəncəli bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.

 

Allah rəhmət eləsin!
 

Məqaləyə dair fotomateriallar:

  •  

OXŞAR XƏBƏRLƏR