İranda kömür mədənində partlayış baş verib, 30 nəfər ölüb
Dünya
11:09 / 22.09.2024
10048
İranın Cənubi Xorasan vilayətindəki Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.
Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.
Onun sözlərinə görə, 24 nəfərin axtarışları hələ də davm edir.
Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.
Qəzaya "Mədənci" şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.
Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.