Qadın təsadüfən 17-ci əsrə aid meyxananı dağıtdı


Qadın təsadüfən 17-ci əsrə aid meyxananı dağıtdı

İngiltərədə bir qadın avtomobillə meyxananın (hal-hazırda pab olaraq fəaliyyət göstərir) yerləşdiyi tarixi binaya çırpılıb. O, müəssisə sahiblərinə 53 min funt sterlinq məbləğində ziyan vurub. Orada pivə içən kişilər əsəbiləşərək az qala qadını linç ediblər.
 

Sfera.az bildirir ki, 17-ci əsrə aid meyxananın ön divarlarından biri uçub.
 

25 yaşlı Nataşa Searle gümüş rəngli BMW markalı avtomobilini II dərəcəli siyahıda olan binanın qarşısına vuraraq hadisə yerindən qaçmağa cəhd edib.
 

Qəzəblənmiş ziyarətçilər qadına hücum edib. Onunla birlikdə maşında olan sevgilisi qadını linçdən birtəhər xilas edə bilib.
 

Qəzanın günahkarı iddia edir ki, o, ona doğru gələn avtomobillə birbaşa toqquşmamaq üçün yolun kənarına çəkilməyə məcbur olub.
 

Səhər köməyə gələn könüllülər ordusu sayəsində meyxana səhər saat 11:50-də uğurla açılıb. Hakim məhkəmə xərcləri üçün 2,365 funt sterlinq və ev sahibi Paul Hollanda 2,000 funt sterlinq təzminat ödəməyə qərar verib.
 

Bundan əlavə pabın sahibi də 51 min funt sterlinq sığorta alıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR