“Vəfa Şərifovanın məndən üzr istəməsini tələb edirəm”


“Vəfa Şərifovanın məndən üzr istəməsini tələb edirəm”

“Çox təəssüf edərək son günlər gündəmi zəbt edən məsələ ilə bağlı sonuncu açıqlamamı vermək istəyirəm. Sadəcə bir mahnı məsələsindən başlayan söhbət bu qədər iyrənc səviyyəyə çatdığına görə tamaşaçılarımızdan, məni sevən dinləyicilərimdən üzr istəyirəm. Bir şəhid bacısının haqqının tapdanmasına, adımın ümumiyyətlə, xəbərsiz olduğum məsələlərdə hallanmasına səbrlə yanaşa bilmədim”.

 

Sfera.az bildirir ki, bu sözləri açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib.

 

O, Vəfa Şərifova ilə yaşadığı qalmaqalla bağlı son dəfə açıqlama verdiyini bildirib:

 

“Həm məni, həm də izləyicilərimizi narahat edən məsələni artıq tamamilə bağlayıram. Bir mahnını şoulaşdırıb, iyrəncləşdirib və bundan dırnaqarası reklam qazanmaq istəyənləri artıq durdurmaq qərarına gəldim. Çünki bu məsələ mənim özümü də narahat edir.

 

Mahnının bütün müəllif hüquqları şəhid bacısına məxsusdur. Mahnının haqqını ödəyib almışam və ilk olaraq mən oxumuşam. Haqqımı tələb etməli olduğum halda, digər tərəf nəyin davasını edir anlamıram". 

 

Şəbnəm yutub işlədən Nadir Kərimovu qaçırtdırması iddiasına belə reaksiya verib:

 

“İki gündür adı hallanan Nadirlə bağlı onu deyə bilərəm ki, ümumiyyətlə Nadirin harada olmasının, niyə olmasının və ya həbs edilib, edilmədiyinin qəti şəkildə mənimlə heç bir əlaqəsi yoxdur. Bura Azərbaycandır. Hansısa bir kriminal ölkə deyil. Burada heç cinayətdə şübhəli bilinən birini belə məcburi şəkildə aparmırlar, o ki, qaldı hansısa mahnıya görə bir yutuber olsun.  Dövlətin qanunu, qaydası var. Bu ifadə mənə yox, bir başa Azərbaycan polisinə qarşı təxribatdır. Mən də kimisə evindən apardacaq qədər qanunları tapdalamamışam.

 

Heç kim, qəti şəkildə heç kim, mənim adımı və xüsusilə də adını daşıdığım Tovuzumla bağlı alçaldıcı ifadə işlədə bilməz. Bu mənə yox, birbaşa Azərbaycanın bölgəsinə, oranın camaatına qarşı təhqirdir. Savadsız, danışığını bilməyən biri bir mahnıya görə mənim rayonumu, bilavasitə də oranın camaatını təhqir edib. İşlətdiyi ifadəyə görə üzr istəməsini tələb edirəm.

 

Bu məsələyə sonuncu açıqlamamı verirəm və bir daha açılmamaq üzərə bağlayıram”. (Axsam.az)


OXŞAR XƏBƏRLƏR