Milli Məclisin payız sessiyasının ilk plenar iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin payız sessiyasının ilk plenar iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.  

 

Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

 

Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

 

Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR