Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"
Dünya
16:36 / 21.09.2024
2965
Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə hücumlar etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə Andrey Sibiqa “X” platformasındakı paylaşımında bildirib.
Bu obyektlərin zədələnməsi qlobal nəticələrə səbəb olan nüvə qəzası riskini artıracaq. Xüsusi xidmətlərimiz bu məlumatları tərəfdaşlarımıza ötürüb, eləcə də Beynəlxalq Enerji Agentliyinə məlumat verilib” - deyə o, paylaşımında bildirib.