Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu
Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.
Sfera.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Açılış mərasimi zamanı şəhidin döyüş yolu və göstərdiyi şücaətdən danışılıb.
Xatırladaq ki, şəhidin adı küçəyə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə verilib.
Qeyd edək ki, Ə.Şadmanov 2020- ci ildəki İkinci Qarabağ fondu və 2023- cü ildəki antiterror tədbirləri zamanı xüsusi şücaət göstərib. O, 2023- cü il sentyabrın 24 - də Ağdam rayonunda döyüş mövqelərinə baş çəkməyə gedərkən minaya düşərək şəhid olub. O, "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və bir neçə rayonun azad olunması uğrunda medalları ilə təltif olunub. Şəhid polkovnik-leytenant 2023-cü il sentyabrın 24-də ikinci fəxri xiyabanda dəfn edilib.