Keçmiş hakim Psixiatriya Xəstəxanasına YERLƏŞDİRİLDİ

Keçmiş hakim Psixiatriya Xəstəxanasına YERLƏŞDİRİLDİ

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

 

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sentyabrın 19-da vətəndaş İ. Aslanova Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək onunla bağlı şikayət edib.

 

Şikayətçi bildirib ki, Tamerlan Məmmədov onun yaşadığı ünvana gələrək evinə işıq salıb, qəribə səslər çıxarıb, avtomobilinin üzərinə yazılar yazıb və qapısını döyərək narahat edib.

 

O, polis bölməsinə gətiriləndən sonra da özünü qeyri-adekvat aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Respublika Psixiatriya Xəstəxanasına dəfələrlə müalicə alıb. Bu səbəbdən də yenidən Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

 

Qeyd edək ki, Tamerlan Məmmədov (Zeynalov) Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb, daha sonra vəkil kimi fəaliyyət göstərib. 2019-cu ildə o, dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilib, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Plan, nəzarət, iradə: Pulu düzgün idarə etməyin ƏSAS
Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, on...

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...