Cənubi Karolinada 13 ildən sonra İLK EDAM GERÇƏKLƏŞDİ

ABŞ-nin Cənubi Karolina ştatında 13 ildən sonra ilk dəfə ölüm cəzası tətbiq edilib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Freddi Ouens ötən gecə Cənubi Karolina ştatının Kolumbiya şəhərindəki Broad River İslah İnstitutunda edam edilib. Ouensə Pentobarbital adlı dərman vurulub.
Belə ki, Ouens 1997-ci ildə silahlı soyğun və adam öldürməkdə təqsirli bilinib. O zaman 17 yaşı olan Ouens İren Qreyvs adlı kassiri öldürməkdə ittiham olunurdu. Ouens ona qarşı bu ittihamları rədd edib. Eyni işdə təqsirləndirilən dostu və müttəhim Stiven Qolden Ouensə qarşı ifadə verməyə razılaşıb.Ouensin edamından iki gün əvvəl Qolden “Mənim vicdanım rahat deyil” deyərək yeni açıqlama verib.
Qolden deyib ki, prokurorlar ona Ouensə qarşı ifadə verəcəyi təqdirdə ölüm və ya ömürlük həbs cəzası almayacağını deyiblər. Şahidin yeni ifadəsindən sonra Freddinin vəkilləri edamın dayandırılması üçün müraciət etsə də, Dövlət Ali Məhkəməsi ərizəni rədd edib. Şahid aidiyyəti orqanlara Ouens haqqında “yalan ifadə verdiyini” bildirib.46 yaşlı Ouensin son yeməyi iki çizburger, kartof qızartması, bir steyk, altı toyuq qanadı, iki çiyələkli soda və bir dilim alma piroqu olub.
Firuzə Əliyeva