Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib. 


Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-ci illə müqayisədə ötən il ölkəni tərk edən gənclərin sayı kəskin artıb. 


2022-ci ildə 295 gənc ölkəni daimi yaşamaq üçün tərk etmişdi. Ötən il onların sayı 2,32 dəfə artıb. 


Azərbaycanı daimi yaşamaq üçün tərk edən gənclərin əksəriyyəti qadınlardır (2022-ci ildə də qadınların sayı çox olub). 2023-cü ildə daimi tərk edən gənclərin 519-u qadın, 166-sı kişidir. 


Azərbaycan gəncləri əsasən iki ölkəyə - Rusiya və Türkiyəyə üz tutur. 2023-cü ildə 229 gənc Rusiyaya, 203 gənc Türkiyəyə daimi yaşamağa gedib. 


Bu ölkələrdən başqa Almaniyaya 53, ABŞ-yə 44, Gürcüstana 31, Kanadaya 25 gənc daimi yaşamaq üçün gedib.


Qeyd edək ki, daimi yaşamaq dedikdə 2 il və daha artıq müddətə yaşamaq üçün ölkəni tərk edənlər nəzərdə tutulur. 


Vasif


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...