Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürüldü

Cəmiyyət
11:05 / 21.09.2024
2050
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, sentyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 4 tüfəng, 4 patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
Firuzə Əliyeva