Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.

 

Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

 

Prokuror təqsirləndirilən beş nəfərin ayrı-ayrılıqda “Tərtər işi” cinayətindən təqsirli bilinmələrini- Fuad Ağayevin 15 il, Cavid Ağadadaşov və Qurban Cümşüdovun 13 il, Fuad Axundovun 11 il, Ramil Əhmədovun isə 10 il azadlıqdan məhrum edilməsini tələb edib.

 

F.Ağayev, C.Ağadadaşov və Q.Cümşüdov əvvəldən başqa işə görə məhkum edilmişdilər. İttihamçının cəza tələbində müttəhimlərin əvvəlki cəzaları da birləşdirilib. 

 

“Tərtər işi” üzrə yenilənmiş istintaqla həbs edilənlərdən bu günə kimi ən ağır cəza Fuad Ağayevə tələb edilib. Ağayev cinayət baş verən dövrdə sabiq korpus komandiri general-mayor Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi işləyib.

 

Hakim müdafiəçilərə çıxışa hazırlanmaları üçün vaxt verib. 

 

Qeyd edək ki, “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. İstintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparır. (Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Attestata səhv qiymət yazan direktor cəzalandırıldı

Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.   Sfera.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, buna sə...

Bu tarixdə ilin ən qısa gününü yaşayacağıq

Alimlər Yer kürəsinin fırlanma sürətinin gözlənilmədən artdığını açıqlayıblar. Bu, yaxın həftələrdə tarixin ən qısa gününün yaşanmasına səbəb ola bilər. &nbs...

Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Xəbər verdiyimiz kimi, Tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib. &...

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı ...

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.   Sfera.az xəbər verir ki, görüş ...

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirib.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi ray...