Putin 50 suala cavab verdi - 3 saat 50 dəqiqəyə
Dünya
19:54 / 23.12.2016
975
Rusiya prezidenti Vladmir Putinin 12-ci illik mətbuat konfransı 3 saat 50 dəqiqə davam edib.
Sfera.az qafqazinfo-ya istinadən verdiyi məlumata görə, o, bu müddət ərzində tədbirdə iştirak edən 1437 jurnalistdən 50-nin sualını cavablandırıb.
Qeyd edək ki, Vladimir Putinin jurnalistlərlə ilk belə görüşü 2001-ci ildə keçirilib və 1 saat 33 dəqiqə davam edib. Bu, prezidentin ən qısa görüşü olub.
V. Putinin ən uzun mətbuat konfransı 2008-ci ildə keçirilib, 4 saat 40 dəqiqə davam edib.