Nazir müavinləri rayonlara səfər etdilər - FOTOLAR

Nazir müavinləri rayonlara səfər etdilər - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.

 

Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyevlə birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.

 

Sonra nazir müavini Yevlax şəhəri Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbinin inzibati binası ilə tanış olub, tədris prosesini izləyib, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb.

 

Həmçinin Firudin Qurbanov ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb. Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.

 

Firudin Qurbanov səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı olub.

 

Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

 

Bu gün həmçinin elm və təhsil nazirinin müavini Həsən Həsənli Şəki rayonuna səfər edib. 

 

Əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

 

Sonra nazir müavini yeni tədris ilindən tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə fəaliyyətə başlayan Şəki şəhər 6 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub və kollektivə öz tövsiyələrini verib.

 

Nazir müavini həmçinin şəhid mayor Aqşin Abdullayevin anası, Əməkdar müəllim, Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Dursun Cavadovanı evində ziyarət edib. Görüşdə Dursun Cavadovanın pedaqoji fəaliyyəti, Aqşin Abdullayevin uşaqlıq dövrü və onun vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqlar barədə söhbət aparılıb. Görüş zamanı şagirdlərin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində görülən işlər də müzakirə olunub. Görüşün sonunda Dursun Cavadova şəhid Aqşin Abdullayevə həsr edilmiş kitabı nazir müavininə hədiyyə edib.

 

Daha sonra Həsən Həsənli son illərdə yeni təyinat almış ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.

 

Həsən Həsənli səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işlə təmin olunma, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı olub. 

 

Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki,...

Bakı-Quba yolunda AĞIR QƏZA - Sürücü öldü

Bakı-Quba yolunun 29-cu kilometrliyində yol qəzası olub, sürücü ölüb.   Fəzail Cəlilovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avt...

Çin ABŞ-dən maye qaz alışını dayandırdı - Ticarət savaşı dərinləşir

Çin və ABŞ arasında ticarət müharibəsi enerji sektoruna da təsir edib.  Sfera.az "Financial Times"ın məlumatına istinadən xəbər verir ki, Çi...

Suriya Prezidentinin türmədə çəkilən şəkilləri yayılıb - FOTO

Suriyanın Prezidenti Əhməd Şaranın ABŞ işğalı dövründə İraqda yerləşən Taçi həbsxanasında saxlandığı və həmin vaxt çəkilmiş fotolarının yayımlanması böyük rezon...

Elm adamları ABŞ-ni tərk edir - Avropa bu fürsəti dəyərləndirmək istəyir

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın elmi siyasətləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan alimləri qəbul etməyə hazır olduqlarını bildi...

Məhkəmə tiktoker "Xozeyn"lə bağlı QƏRAR VERDİ

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.   ...