Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırıldı

Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanın olimpiya çempionlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilsin.

2. "Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594; 2006, № 5, maddə 403; 2008, № 1, maddə 5, № 9, maddə 793) 1-ci hissəsinin birinci cümləsində "min" sözü "1300 (min üç yüz)" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir".


OXŞAR XƏBƏRLƏR

Kişilər arasında şahmat üzrə qitə çempionatının mükafat fondu AÇIQLANDI

Avropa Şahmat İttifaqı kişilər arasında qitə çempionatının mükafat fondunu açıqlayıb. Ümumi məbləğ 100 min avro təşkil edəcək ki, bunun da 20 mini qalibin payın...

Özcan Denizin ürəyinə 3 stend qoyulacaq

Bir neçə gün əvvəl infarkt keçirən müğənni Özcan Deniz əməliyyat olunacaq.   Sfera.az xəbər verir ki, sənətçinin ürəyinə 3 stend qoyulacaq. Bu b...

Azərbaycanda bu universitet ləğv olundu

Bakı Asiya Universiteti ləğv olunduğunu elan edir.   Sfera.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ 1148 Bakı şəhəri, Yasamal ray...

Ölkə üzrə fevral ayı üçün pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb...

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti “Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın ver...

Şirkətdən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Çinin ən böyük şirkətlərindən biri subay və ya boşanmış işçilərindən 2025-ci ilin sentyabr ayının sonuna qədər evlənmələrini tələb edib, əks halda işdən çıxarıl...