Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır.

 

Bəs mövsümi xəstəliklərdən özümüzü necə qoruya bilərik?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, respirator infeksiyalar bütün digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edir. Böyüklər və uşaqlarda tənəffüs yollarının xəstəlikləri arasında ön sıradadır və ilkin səhiyyə xidmətləri üzrə ambulator müraciətlərin əsas səbəbi hesab olunur.

 

“Qrip törədicilərinin genetik strukturları daima dəyişir. Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. Kəskin respirator infeksiyaların müxtəlif törədicilər tərəfindən törədilməsi onların differensial diaqnostikasını, genetik dəyişkənliyi isə onların müalicəsini çətinləşdirir. Nəticədə bu infeksiyalara nəzarət olunması çətinləşir”.

 

Yaşı 65-dən yuxarı olan şəxslər və 1 yaşından aşağı uşaqlar, eləcə də ürək-damar, tənəffüs sisteminin xroniki xəstəlikləri, şəkərli diabetli, immundefisitli şəxslər, hamilələr və anamnezində respirator xəstəliklərin fəsadlaşmaları olan şəxslərin yüksək risk qrupuna aid edildiyini vurğulayan N.Musatafeyəv bildirib ki, bu kimi xəstəliklərdə peyvəndlənmə əhəmiyyətlidir:

 

“Bir sıra ağır respirator xəstəliklərin vaksinasiyası uşaqlıq dövründə Milli Peyvənd Proqramına əsasən ilkin səhiyyə xidməti təşkil edən müəssisələrdə aparılır. Milli Peyvənd Proqramına qızılca, göyöskürək, suçiçəyi, difteriya, skarlatina, məxmərək və s. xəstəliklərə qarşı peyvəndlər daxildir. Bundan əlavə, ildə bir dəfə qrip əleyhinə vaksinasiya tövsiyə olunur. Növbəti mövsüm hansı virusun sirkulyasiya edəcəyinə dair Ümumdünya Səhiyyə Təşkilatının hər il apardığı tədqiqatlar əsasında verilən proqnozlara uyğun olaraq, viruslardan maksimal müdafiəni təmin etmək üçün vaksinlərin tərkibi hər il dəyişdirilir”.

 

Şəxsi gigiyenaya riayət olunmasından bəhs edən N.Mustafayeva qeyd edib ki, gigiyenaya riayət olunması da profilaktik metod hesab olunur.

 

"Əlləri tez-tez sabunla yumaq, öskürmə və asqırma zamanı ağzı örtmək, insan sıxlığı olan yerlərdən uzaq durmaq, xəstə şəxslərin ev və şəxsi əşyalarını dezinfeksiya etmək, ən yüngül qrip simptomları hiss etdikdə belə maska taxmaq və s. bura aid etmək olar. Xəstəliklərin dünyadakı tendensiyasına nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə xəstəlikləri müalicə etməkdən çox profilaktikasına diqqət ayrılır və əhalinin yüksək faiz göstəriciləri ilə vaksinasiyası təmin olunur. Bu səbəbdəndir ki, respirator infeksiyaların və qripin geniş yayılmasına baxmayaraq, onların gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və qripin müalicəsində üstünlük, əsasən, simptomatik terapiyaya verilir. Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təzyiqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə mütləq həkimə müraciət olunmalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...