Təzə ayaqqabıların içərisindən çıxan bu paketləri əsla atmayın
Yeni ayaqqabı alarkən ayaqqabı qutusunun içərisində bizə təqdim olunan paketləri yəqin hər kəs görüb və nə işə yaradığını bilmədən bir kənara atıb. Əslində bu paketlərin içərisindəki kimyəvi maddənin nə qədər işinizə yarayacağınızı bilsəniz onu qzıl kimi qoruyarsınız. Bizim Yol.Biz sizə bir neçə faydalı məsləhət təqdim edir.
Bu paketi avtomobilinizdə ön şüşənin qarşısına qoyun. Pəncərənin tərləməsinin qarşısnı aldığının şahidi olacaqsınız.
Və ya paketləri dəsmallarınızı yığdığınız şakafa qoyun. Əla nəm çəkicidir.
Bu paketləri hər ehtimala qarşı qoruyun. Bir gün telefonunuz suya düşərsə bu maddənin içərisinə qoymaqla telefonu nəmişlikdən qorumuş olacaqsınız. Evdəki köhnə fotoqrafiyaların saralmasını istəmirsinizsə şəkilləri yığdığınız qutunun içərisində bu silikonlardan saxlayın.
Makiyak vasitələrinin və ülgüclərin də təzə qalmasını istəyirsinizsə onları saxladığınız qutuların içərisindən əskik etməyin.