Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə nisbətən daha yüksək olur. Təbii ki, dünya təcrübəsinə baxsaq, xarici unversitetlərdə də daha prestijli olanlara qəbul üçün yüksək göstəricilər lazımdır.


Belə olan halda, qəbul balını universitetin keyfiyyət göstəricisi kimi qəbul edə bilərikmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Vüsal Kərimli bildirib ki, dünyada fərqli qiymətləndirmə növləri var:


“Dünyada tələbələrin qəbul mexanizmi fərqli olduğu üçün düşünürəm ki, giriş ballarının yüksəkliyi birmənalı olaraq həmin universitetin təhsilinin yaxşı olması və dünya reytinqlərində yüksək yerləri tutması ilə əlaqəlidir. Bizdə qəbul sisteminin alternativ qiymətləndirmə metodu olmadığı üçün onu tam olaraq Azərbaycan universitetləri üçün deyə bilmirik. Bu gün biz Dövlət İmtahan Mərkəzindən yüksək bal toplayan tələbənin seçdiyi universitetləri həmin ali təhsil müəssisələrinin keyfiyyət göstəricisi kimi izah edirik”. 


Ekspertin sözlərinə görə, yüksək ballı tələbələrin 50 faizdən çoxu bir universiteti seçirsə, bu, həmin ali təhsil müəssisəsinin keyfiyyət göstəricisidir və belə də qəbul edilməlidir.


“Düşünürəm ki, gələcəkdə bizdə də ali təhsil müəssisələrinə tələbə qəbulunun mexanizmində dəyişiklik edilməli və alternativ, fərqli qiymətləndirmə metodları ilə qəbul aparılmalıdır”,- V.Kərimli qeyd edib. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki,...

Bakı-Quba yolunda AĞIR QƏZA - Sürücü öldü

Bakı-Quba yolunun 29-cu kilometrliyində yol qəzası olub, sürücü ölüb.   Fəzail Cəlilovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avt...

Çin ABŞ-dən maye qaz alışını dayandırdı - Ticarət savaşı dərinləşir

Çin və ABŞ arasında ticarət müharibəsi enerji sektoruna da təsir edib.  Sfera.az "Financial Times"ın məlumatına istinadən xəbər verir ki, Çi...

Suriya Prezidentinin türmədə çəkilən şəkilləri yayılıb - FOTO

Suriyanın Prezidenti Əhməd Şaranın ABŞ işğalı dövründə İraqda yerləşən Taçi həbsxanasında saxlandığı və həmin vaxt çəkilmiş fotolarının yayımlanması böyük rezon...

Elm adamları ABŞ-ni tərk edir - Avropa bu fürsəti dəyərləndirmək istəyir

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın elmi siyasətləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan alimləri qəbul etməyə hazır olduqlarını bildi...

Məhkəmə tiktoker "Xozeyn"lə bağlı QƏRAR VERDİ

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.   ...