Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.

 

Sfera.az səfirliyə istinadən xəbər verir ki, səfir Mark Libby qəbulda çıxışı zamanı bildirib ki, ABŞ şirkətləri və ABŞ-nin siyasi dəstəyi regionda tarixin və enerji geosiyasətinin gedişatını dəyişdirən bu mərhələnin həyata keçirilməsinə kömək etmək üçün zəruri idi.

 

Onun sözlərinə görə, ABŞ-nin dəstəyi Azərbaycan iqtisadiyyatının transformasiyasına təkan verərək, Azərbaycanın enerji sektorunda xarici investisiyaları qəbul etməsinə səbəb oldu.

 

Diplomat qeyd edib ki, bu “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan ikitərəfli münasibətləri tarixində xüsusi yeri var.

 

Mark Libby əlavə edib ki, Birləşmiş Ştatlar və Azərbaycan həmçinin Cənub Qaz Dəhlizinin sonrakı inkişafı üçün mühüm əhəmiyyət kəsb edən çoxşaxəli rollar oynayıblar: “Azərbaycan Cənub Qaz Dəhlizində iştirak etməklə özünü regional enerji bazarında əsas oyunçu və Avropa üçün mühüm enerji təchizatçısı kimi təsdiq edib”.

 

Səfir əlavə edib ki, Azərbaycan qlobal enerji keçidini qəbul edərkən və COP29-a ev sahibliyi etməyə hazırlaşarkən, hökumət emissiyaların azaldılması ilə bağlı perspektivli öhdəliklər götürüb və “yaşıl enerji” ixracında regional lider olmaq üçün cəsarətli gündəliyi var.


OXŞAR XƏBƏRLƏR

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet sa...

Yaponiyada qadınların orduya yolu tam açıldı

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, av...

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...