İranlı gənc qayınatasıgildə qətliam törədib

İranlı gənc qayınatasıgildə qətliam törədib

İranın Kirman şəhərinin Fəhroc bölgəsində 26 yaşlı gənc ailə münaqişəsi zəminində avtomat silahla həyat yoldaşının ailə üzvlərini atəşə tutub.
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə zamanı 10 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.
Dekabrın 22-də baş verən hadisədə ölənlərdən 3 nəfəri qadın, 2-si uşaqdır.
Həyat yoldaşının ailəsi ilə ixtilafı olan gənc qayınatasının evinə gedib və yoldaşı istisna olmaqla, digərlərini atəşə tutub. 
Polis hadisə barədə araşdırma aparır.



OXŞAR XƏBƏRLƏR