"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. “Məsələn, əgər təsəvvür etsək ki, Ermənistan ərazisi ilə Azərbaycandan Naxçıvana və ya Türkiyəyə qaz kəməri keçəcək: belə bir variantı da istisna etmək olmaz”, - o bildirib. 

 

Paşinyanın bu açıqlaması necə dəyərləndirilməlidir? Bu, reallaşa bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, əslində Paşinyanın verdiyi açıqlamanın alt xəttində Azərbaycana bir xidmət dayanır:

 

“Bu o xidmətdir ki, daha əlverişli, tranzit ərazidən istifadə etmək bütün hallarda Azərbaycana divident verir. Ərazi qısa olanda Azərbaycan daha çox qazanır. İkincisi, sözügedən açıqlama həm də rəsmi Bakıya “biz razılaşa bilərik” mesajıdır. Digər tərəfdən, Paşinyanın bu çıxışı erməni cəmiyyətinə də hesablanıb, yəni Azərbaycanla danışıqlar aparırıq, Azərbaycan cəmiyyətinə qarşı nifrətin dozasını azaltmaq lazımdır.

 

Ə.Əlibəyli qeyd etdi ki, COP29 tədbiri çərçivəsində iki ölkə arasında sülh müqaviləsi imzalanacaqsa, burada böyük ölçüdə güzəştə gedən və onu rəsmiləşdirən tərəf də Ermənistandır:

 

“Paşinyan bu nöqteyi-nəzərdən öz cəmiyyətini hazırlamalıdır. Amma bunun qarşılığında öz cəmiyyətinə nə vəd edir? Çıxış yolu, əlbəttə, Azərbaycan neftidir. Paşinyan bundan yararlanmağı xalq üçün qazanc mənbəyi kimi göstərə bilər. Ermənistanın da buna ehtiyacı var”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR