“Nazirin evini təmir edib, pulunu Zeynalovdan aldım”

“Nazirin evini təmir edib, pulunu Zeynalovdan aldım”
 
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qaynı Elçin İbrahimov "Rabitə işi” üzrə istintaqa verdiyi ifadənin məzmunu bəlli olub.
Sfera.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yekunda ittiham aktına əlavə edilməyən və adı şahidlər siyahısına salınmayan E.İbrahimov nazirin və nazir müavinlərinin evini təmir etməsindən danışıb.
E.İbrahimov ötən ilin noyabrın 18-də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dindirilib. O ifadəsində bildirib ki, əvvəllər müxtəlif dövlət qurumlarında işləsə də, 2002-ci ildən bizneslə məşğuldur: "Fərdi olaraq tikinti işləri ilə məşğul olurdum. Rabitə naziri Əli Abbasovun qaynıyam. Qardaşım Emin İbrahimov isə "Azərbaycan Beynəlxalq Bankı”nın Departament müdiridir. "Qafqaz-S İnşaat” MMC-nin rəhbəri Qorxmaz Həziyevi 2002-ci ildən tanıyıram. Qorxmaz Həziyev əvvəllər Beynəlxalq Bankın tikinti işlərini görüb, onu da qardaşım Emin İbrahimov vasitəsilə tanımışam. Mən də tikinti işləri ilə məşğul olduğum üçün Qorxmaz Həziyevin briqadasından istifadə edirdim. Nazir Əli Abbasovun və digər dostlarımın tikinti işlərini görəndə Qorxmaz Həziyevdən xahiş edirdim, o da mənə usta və fəhlə verirdi. Bu səbəbdən Qorxmazla dost olmuşduq. Mən Əli Abbasovun, İltimas Məmmədovun və Elmir Vəlizadənin evlərini təmir etmişəm, təmir üçün material və usta pullarını da Vidadi Zeynalovdan almışam. Bu işləri görəndə Qorxmaz Həziyevdən tez-tez kömək üçün usta aldığıma görə hamı elə bilir ki, "Qafqaz-S İnşaat” MMC mənimdir. Amma mənim o şirkətə heç bir aidiyyatım yoxdur”.
Müstəntiq bildirib ki, istintaq zamanı 2009-2015-ci illər ərzində "Aztelekom” MMC-dən "Qafqaz-S İnşaat” MMC-yə 16 milyon 178 min manat pul köçürülüb. Həmin şirkət "Aztelekom”un və "Azərpoçt” MMC-nin bütün tender və kotirovkalarında qalib elan olunub. Qeyd edilən illər ərzində "Azərpoçt” MMC-dən həmin şirkətin hesabına 2 milyon 862 min 369 manat pul köçürülüb.
E.İbrahimov bu faktlar barəsində heç bir məlumatı olmadığını və hər hansı bir söz deyə bilməyəcəyini deyib.
Qeyd edək ki, İltimas Məmmədov və Elmir Vəlizadə nazirin müavini olublar, hazırda da vəzifələrində qalırlar.



OXŞAR XƏBƏRLƏR

Kişilər arasında şahmat üzrə qitə çempionatının mükafat fondu AÇIQLANDI

Avropa Şahmat İttifaqı kişilər arasında qitə çempionatının mükafat fondunu açıqlayıb. Ümumi məbləğ 100 min avro təşkil edəcək ki, bunun da 20 mini qalibin payın...

Özcan Denizin ürəyinə 3 stend qoyulacaq

Bir neçə gün əvvəl infarkt keçirən müğənni Özcan Deniz əməliyyat olunacaq.   Sfera.az xəbər verir ki, sənətçinin ürəyinə 3 stend qoyulacaq. Bu b...

Azərbaycanda bu universitet ləğv olundu

Bakı Asiya Universiteti ləğv olunduğunu elan edir.   Sfera.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ 1148 Bakı şəhəri, Yasamal ray...

Ölkə üzrə fevral ayı üçün pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb...

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti “Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın ver...

Şirkətdən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Çinin ən böyük şirkətlərindən biri subay və ya boşanmış işçilərindən 2025-ci ilin sentyabr ayının sonuna qədər evlənmələrini tələb edib, əks halda işdən çıxarıl...